ASAN-dan yeni LAYİHƏ
Layihə 20-30 yaşlı, Azərbaycan və müxtəlif ölkələrdə yaşayan və bir çox nailiyyətlər əldə etmiş azərbaycanlı gəncləri öz bilik və təcrübələrini bölüşmələrini təmin etməkdir.
İştirakçı Seymur İllinoys Universitetinin İnformasiya Elmləridən magistr bitirib, kitabxana və informasiya elmləri sahəsində 7 ildən artıq təcrübəsi var. O, Dünya Bankı, Britaniyanın Azərbaycandakı Səfirliyi, “Qatar Foundation”da çalışmış, hal-hazırda Dubayda Elm, Texnologiya və Tibb üzrə nəşriyyat evi, “Springer”də çalışır. Rəsulov S. Fevral ayında “TEDxFrankfurt”un ilk azərbaycanlı qonağı olacaq. Onun fikirincə, insan öz arzusuna çatması üçün yalnız bir xüsusiyyət kifayətdir.
“1 Gənc – 1 Hekayə – 1 Uğur”un ilk qonağı azərbaycanlı, “Lamborghini” şirkətində dizayner kimi çalışmış, “Ferrari World Design Contest 2011” yarışmasında “Ferrari Xezri” konsepti ilə 2-ci yerə layiq görülən Samir Sadıxov olub. ADA Universitetində 29 yanvar 2015-cü il tarixində keçiriləcək “1 Gənc – 1 Hekayə – 1 Uğur” çərçivəsində Seymur Rəsulov ilə görüşün haqqda yenilikləri Birliyin rəsmi facebook səhifəsindən izləyə bilərsiniz.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


