Misirdə krala görə 7 günlük matəm

Misirdə krala görə 7 günlük matəm
  23 Yanvar 2015    Oxunub:2072
Səudiyyə Ərəbistanı kralı Abdulla ben Abdel Aziz Əl Saudun ölümü ilə əlaqədar Misirdə 7 günlük matəm elan olub.
AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Misir prezidenti Abdul Fəttah əl-Sisi qərar imzalayıb.

Misirdə 7 günlük matəm bu gündən etibarən başlayır.

Qeyd edək ki, ötən axşam Səudiyyə Ərəbistanı kralı Abdulla ben Abdel Aziz Əl Saud 91 yaşında vəfat edib. AzVision.az-ın “BBC”yə istinadən verdiyi məlumata görə, bu barədə Səudiyyə Ərəbistanı Dövlət televiziyası xəbər yayıb.

Xatırladaq ki, kral Abdullah bir müddət əvvəl ağciyər infeksiyası (pnevmoniya) diaqnozu ilə Ər Riyad şəhərinin xəstəxanalarından birinə yerləşdirilib. Son 4 il ərzində kral bir neçə dəfə onurğa sümüyündə əməliyyat keçirib.

O, dünyanın Səudiyyə Ərəbistanını 1996-cı ildən idarə edirdi. Kral Abdullahın varisi onun atabir qardaşı 79 yaşlı şahzadə Salmandır.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti