Sumqayıt sakinləri zəhərli tüstüdən boğulur
Srağagünki vəziyyət isə daha kritik həddə çatmışdı. Hətta şəhərin mərkəzində belə nəfəs almaq müşkülə çevrilmişdi. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin baş müfəttişiAsəf Bayramovla Sumqayıtın girişində görüşdükdən sonra əraziyə - Sumqayıt Şəhər Təmizlik Departamentinin balansında olan məişət tullantılarının zərərsizləşdirilməsi üçün nəzərdə tutulan poliqona yollandıq. Oraya yaxınlaşdıqca yanıq qoxusu şiddətli hal alırdı və məcburən avtomobillərin aynalarını bağlayası olduq. Az sonra qurunt yolla əraziyə daxil olanda gördüklərimizdən dəhşətə gəldik. Ərazi atışma sonrası elə döyüş poliqonunu xatırladırdı, hər tərəf tüstüyə bürünmüşdü, bəzi yerlərdə alov işartıları aydın sezilirdi. Göz açmaq, nəfəs almaq olmurdu. Həqiqətən də, tüstüdən ətrafı yaxın 30 metri belə görmək qeyri-mümkün idi. Ərazi insan sağlamlığı üçün ciddi təhlükə törədirdi və oraya əleyhqazsız girmək özü də bir risk idi. Hadisə yerindən geniş video və foto çəkiliş apardıq, nazirliyin 4 saylı ərazi Ekologiya və Təbii Sərvətlər şöbəsinin baş müfəttişi Asəf Bayramov bizim suallarımızı elə hadisə yerində cavablandırdı, ciddi ekoloji problemin olduğunu bildirdi.
Jurnalistlər Elnur Ağayev, Kamal Almuradlı, Səbuhi Vaqifoğlu və Abbasəli Hüseyni də Sumqayıt sakini kimi vətəndaş mövqelərini bildirdilər, bu halı kəskin şəkildə tənqid edərək, əlaqədar, bu işə məsul qurumlardan izahat tələb etdilər. Eyni zamanda Sumqayıt rəhbərliyindən, şəhərin millət vəkillərindən məsələyə reaksiya bildirməyi, problemin həll olunması istiqamətində konkret addımların atılmasını xahiş etdilər.
Ardınca nazirliyin nümayəndəsi və jurnalist qrupu Sumqayıta qayıtdılar, Şəhər Təmizlik Departamentinin rəisi Rahim Mustafayevlə görüşüb, məsələyə aydınlıq gətirilməsini istədilər. Rahim Mustafayev jurnalistin suallarına cavab verdi. O da problemdən narahatlığını gizlətmədi, bunun ciddi ekoloji problem olduğunu etiraf etsə də, hələlik qarışısında aciz qaldıqlarını söylədi.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


