Ohanyan təcili cəbhəyə getdi

Ohanyan təcili cəbhəyə getdi
  23 Yanvar 2015    Oxunub:2210
Ermənistan müdafiə naziri Seyran Ohanyan və fövqəladə hallar naziri Armen Yeritsyan Azərbaycanla sərhəd zonada yerləşən Tavuş vilayətinə təcili səfər edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Rəsmilər İcevan və Berd rayonlarında olan döyüş mövqelərinə baş çəkəcəklər.

Qeyd edək ki, bu gün Azərbaycan hərbçilərinin Azərbaycan-Ermənistan sərhədində keçirdiyi xüsusi əməliyyatı nəticəsində iki erməni hərbçisi məhv edilib. Ümumilikdə isə Ermənistan ordusu bu ilin yanvar ayından bəri 11 itki verib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti