Bakıya yeni heyvanlar gətiriləcək

Bakıya yeni heyvanlar gətiriləcək
  14 May 2013    Oxunub:1434
Zooparkda qışa hazırlıq gedir
Bakı Zooparkına heç bir yeni heyvan gətirilməyib. Yaxınlarda bir neçə heyvanın gətirilməsi planlaşdırılır . Bu barədə AzVision.az -a açıqlamasında Bakı Zooparkının direktoru Azər Hüseynov bildirib :“ Ötən il zooparka vaşaq, kenquru , bir neçə quş növü gətirilib. Ayın axırı Çexiyaya səfər edəcəyik. Bildiyiniz kimi, bizim zoopark Avrasiya Regional Zoopark və Akvariumlar Assosasiyasının üzvüdür. Orada 7-8 zooloji parkın rəhbərləri ilə görüşümüz olacaq “Zoopark direktoru qeyd edib ki, tezliklə bir neçə heyvan gətiriləcək :

“Bunlar oyuncaq meymunu, hansı ki həmin meymunun bizdə dişisi var , vaşaq pişiyidir Tiflisdən yaquar və bir neçə meymun gətirmişik, əvəzində onlara Qafqaz maralı, 10 baş sultan toyuğu verməliyik. Çalışırıq ki, hansı heyvan təkdirsə onun tayını gətirək.
Heyvanların yemləndirilməsinə gəldikdə qurum rəhbəri deyib ki,artıq indidən qışa yem tədarükü görülür Fermerlərlə danışıqlar aparılıb,gələn həftədən yonca,buğda,arpa gətiriləcək.

Şahanə Rəhimli


Teqlər:  





Xəbər lenti