“Eurovision”un son 10 ildəki qalibləri - VİDEO

“Eurovision”un son 10 ildəki qalibləri - VİDEO
  14 May 2013    Oxunub:12538
“Eurovision” müsabiqəsi tarixində kiçik İrlandiya dövləti başqa ölkələrə nisbətən daha çox – 7 dəfə qalib gəlib. İngiltərəni müsabiqədə bəxti gətirən ölkə adlandırmaq olar: İngiltərə ifaçıları 15 dəfə ikinci yeri tutublar. Fransa və Lüksemburq, İngiltərə kimi 5 dəfə qalib gəliblər. Rusiya cəmi bir dəfə 2008-ci ildə qalib olub.
AzVision.az 2003-2013-cü illərdə “Eurovision” müsabiqəsində qalib ifaçıları yada salır.

2012-ci il – İsveç

Keçən il müsabiqə Azərbaycanın paytaxtı Bakıda keçirilib. Müsabiqənin qalibi “Euphoria” musiqisi ilə mərakeş-bərbər əsilli İsveç ifaçısı Lorin olub. Lorin öz ölkələrində müsabiqənin seçim turunda etdiyi unikal rəqsi dəyişmir. Mahnı ilə bərabər o, yoqa rəqsi edib. Onunla bərabər amerikalı rəqqas Osben Yordan çıxış edib. Lorin müsabiqədə rekord qırır: İsveç 12 ballıq sistemdə 18 bal toplayır.



2011-ci il – Azərbaycan

Almaniyanın Düsseldorf şəhərində baş tutan müsabiqədə “Eurovision” müsabiqəsi tarixində ilk dəfə Azərbaycandan Eldar Qasımov və Higar Camal qalib gəlib. Milli seçim turunda ayrı-ayrı çıxış edən ifaçılar eyni bal toplayıblar. Ona görə də, jüri müsabiqəyə duet göndərir. “Running Scared” melodik sinqlı ilə duet 221 bal toplayaraq birinci yeri tutur. Rusiya, Türkiyə və Malta Azərbaycana ən çox bal verən ölkələr olur.



2010-cu il – Almaniya

Norveçin paytaxtı Osloda baş tutan müsabiqədə almaniylı ifaçı Lena Mayer-Landrut “Satellite” musiqisi ilə qalib gəlib. Bu qalibiyyətdən sonra Almaniya Lenanı 2011-ci ildə “Taken by A Stranger” musiqisi ilə ikinci dəfə müsabiqəyə göndərir. Lakin ifaçı 10-cu yeri tutur.



2009-cu il – Norveç

Moskvadakı müsabiqə tarixdə ən kütləvi və yaddaqalan müsabiqə olub. Rusiya səhnəsində Norveçi təmsil edən müğənni və skripkaçı Aleksandr Rıbak qalib gəlir. Onun “Fairytale” musiqisi səsvermənin sonunadək favorit olur və 387 balla rekord qırır. 16 ölkə Rıbaka 12 bal verir. Qədim irland rəqsinin melodiyalarını özündə birləşdirən “Fairytale” mahnısını Rıbak keçmiş sevgilisinə həsr edib.



2008-ci il – Rusiya

Serbiyanın paytaxtı Belqradda keçirilən müsabiqədə qalibiyyət bu dəfə rusiyalı müğənni Dima Bilanın üzünə gülür. Bilan müsabiqənin favoriti hesab olunub, çünki tamaşaçılar onu 2006-cı ildəki çıxışını yaxşı xatırlayır. 2008-ci ildə tamaşaçıları təkcə “Believe” mahnısı məftun etməyib, eyni zamanda, Rusiya komandasının unikal əfsanəvi ideyası - tarixdə ilk dəfə “Eurovision” səhnəsindədə buz örtüyü təşkil olunur.



2007-ci il – Serbiya

Finlandiyanın Helsinki şəhərində keçirilən müsabiqədə Serbiya ifaçısı Mariya Şerifoviç serb dilində yazılan “Molitva” mahnısı ilə qalib gəlir. Çoxları üçün bu qalibiyyət gözlənilməz olub, çünki milli dildə ifa olunan mahnı nadir hallarda birinci yeri tutur. Güclü səs tembrinə görə başqa ifaçılardan seçilən Şerifoviç həmçinin zahiri görkəminə görə də fərqli olub. O, səhnəyə kişi kostyumunda çıxıb. Qələbədən sonra 22 yaşlı serb ifaçısı özünü tamamilə musiqiyə həsr etməyə və menecer karyerasından imtina etməyə qərar verir.



2006-cı il – Finlandiya

“Eurovision - 2006” milyonlarla tamaşaçıların yaddaşında qalmaqallı mahnı kimi qalıb. Finlandiyanın Lordi qrupu “Hard Rock Hallelujah” mahnısı ilə müsabiqənin favoriti Dima Bilanı arxada qoyur. Finlandiya tarixdə ilk dəfə olaraq rok qrupu ilə müsabiqəyə qatılır. Lordinin müsabiqəyə göndərilməsindən sonra imiclərinə və mahnının mətninə görə bəzi ictimai təşkilatlar qrupu “şeytanlar” adlandırıb. Buna baxmayaraq, “Hard Rock Hallelujah” tamaşaçıların səsverməsi ilə 292 balla qalib gəlir.



2005-ci il – Yunanıstan

“Eurovision” müsabiqəsinin 50 illik yubileyi Kiyevdə baş tutur. Müsabiqənin qalibi Yunanıstan təmsilçisi - İsveçdə yunan ailəsində doğulan Yelena Paparizu olur. Səsvermə nəticəsində “My Number One” musiqisi 230 bal toplayır. Yelena müsabiqədə ilk dəfə iştirak etməyib. O, 2001-ci ildə “Antik” qrupunun tərkibində çıxış edərək üçüncü yeri qazanıb.



2004-cü il – Ukrayna

Türkiyənin İstanbul şəhərində keçirilən müsabiqədə səsvermənin nəticəsinə görə hucul motivləri ilə zəngin “Wild Dances” mahnısı ilə ukraynalı Ruslana birinci olur. Öz rəqqaslarının əhatəsində parıltılı kostyumda müğənni hələ yarımfinalda tamaşaçıların favoritinə çevrilir və proqnozlaşdırılan qalibiyyəti alır. Yeri gəlmişkən, mahnının adı özünü doğruldur və məşq vaxtı səhnə vəhşi rəqqaslara tab gətirməyib qırılır.



2003-cü il – Türkiyə

Latviyanın Riqa şəhərində baş tutan müsabiqədə Türkiyə müğənnisi Sertab Erener qalib gəlir. O, “Everyway That I Can” mahnısı ilə bütün dünya ifaçılarını ovsunlayır. Səhnədə Sertabın türk ritmləri ilə göstərdiyi göbək rəqsi uzun müddət tamaşaçıların yaddaşında qalır.



AzVision.az


Teqlər:  





Xəbər lenti