Məmmədyarov türk nazirlərlə görüşəcək

Məmmədyarov türk nazirlərlə görüşəcək
  23 Yanvar 2015    Oxunub:2250
Azərbaycan, Türkiyə və Türkmənistan xarici işlər nazirlərinin üçtərəfli görüşü yanvarın 29-da keçiriləcək.

AzVision.az-ın məlumatına görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi saytında məlumat yerləşdirib.

Azərbaycan, Türkiyə və Türkmənistan XİN rəhbərləri Elmar Məmmədyarov, Mövlüd Çavuşoğlu və Rəşid Meredovun görüşü Türkmənistanda keçiriləcək

Xatırladaq ki, nazirlərin sonuncu görüşü 2014-cü ilin 26 may tarixində Bakıda keçirilib.

Eldar Tanrıverdiyev


Teqlər:  



Xəbər lenti