Qənirə Paşayeva gəncləri sağlam həyata səslədi

Qənirə Paşayeva gəncləri sağlam həyata səslədi
  23 Yanvar 2015    Oxunub:2791
Millət vəkili Qənirə Paşayevanın rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi (ABAİ İB) Qovlar şəhərində çoxlu sayda şagirdlərin, gənclərin iştirakı ilə gənclər arasında zərərli vərdişlərin artmasına qarşı mübarizəyə həsr olunmuş tədbir keçirib.

Tədbirdə bütün dünyada məhşur olan “Siqareti atmağın asan yolu” kitabı da təqdim olunub və gənclərə hədiyyə edilib. Qənirə Paşayeva hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib:

- Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər.

Şagirdlər və gənclərlə görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili Qənirə Paşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməlidir.

Qənirə Paşayeva rəhbərlik etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin (ABAİ İB) bütün dünyada tanınmış mütəxəssis və siqaretdən asan yollarla xilas olma metodlarının müəllifi Alen Karrın Azərbaycan dilinə çevirib, nəfis tərtibatla nəşr etdirdiyi məşhur “Siqareti atmağın asan yolu” kitabını gənclərə hədiyyə edib.


Teqlər:





Xəbər lenti