Azərbaycan neftinin tranzitinin dayandırılması barədə SOCAR-dan AÇIQLAMA

Azərbaycan neftinin tranzitinin dayandırılması barədə SOCAR-dan AÇIQLAMA
  14 May 2013    Oxunub:1368
Azərbaycan neftinin Bakı-Novorosiysk neft kəməri ilə tranzitini dayandırıb.
Rusiyanın baş naziri Dmitriy Medvedyev Azərbaycan neftinin Bakı-Novorosiysk neft kəməri vasitəsilə tranziti ilə bağlı iki ölkə arasında imzalanmış sazişin qüvvədən düşməsinə dair sənəd imzalayıb.

Qərara əsasən Rusiya Xarici İşlər Nazirliyinə razılaşmanın qüvvədən düşdüyünü və neftin nəqlinin dayandırılması barədə Azərbaycan tərəfini məlumatlandırmaq tapşırılıb.

Qeyd edək ki, sözügedən razılaşma 1996-cı il yanvarın 18-də imzalanıb. Sənəd, 1ton neft üçün 15.67 dollar olmaqla illik 5 milyon ton Azərbaycan neftinin nəqlini nəzərdə tutur.

“Transneft”in mətbuat katibi neftin tranzitinin dayandırılmasının səbəbini Azərbaycanın üzərinə götürdüyü öhdəliyi yerinə yetirə bilməməsi ilə izah edib. Belə ki, Azərbaycanın Bakı- Novorosiysk ildə 5 milyon deyil, 2 milyon ton neft ixrac etdiyi iddia olunur.

Razılaşmanın dayandırılması siyasi məsələ olmadığı bildirilir. Rusiya tərəfi Azərbaycanla iqtisadi səviyyədə yeni danışıqların başlayacağını və tranzit üçün yeni tariflərin müəyyənləşdirəcəyini bildirir.

Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev AzVision-a şirkətə bu barədə heç bir məlumat daxil olmadığını bildirib. Onun sözlərinə görə rəsmi məlumat daxil olandan sonra bu barədə ətraflı məlumat veriləcək.

Səbinə Həsənova
Nihadə Eyyubova
AzVision.az



Teqlər:  





Xəbər lenti