`Banka borcum var idi` - Oğurluq edən şəxs+VİDEO
Təqsirləndirilən şəxslər Rafiq Mütəllimov oğlu Abdullayevin mənzilinə girərək, onu öldürəcəkləri ilə hədələyiblər, 15.000 manat və qızıllarını əlindən alıblar.
İstintaq yolu ilə müəyyən edilib ki, bu şəxslər 2011-ci ildən silsilə oğurluqlarla məşğul olublar. Bu vaxta qədər dəstənin yalnız bir üzvü həbs edilərək məsuliyyətə cəlb edilib. Saxlanılan şəxslər 2012-ci il avqustun 24-də Azər Mehdiyevin, 2014-cü il yanvarın 30-da Aidə Rəhimovanın və 2014-cü il iyulun 8-də Sevindik Əzimovun evlərindən pul və qızıl əşyalar, eləcə də 2012-ci il iyun ayında Sumqayıt şəhər sakini Gülnarə Hacıyevanın evindən 6000 manat və qızıl əşyalar oğurladıqlarını etiraf ediblər.
Teqlər: