“FORD” aşdı: ölən var

“FORD” aşdı: ölən var
  24 Yanvar 2015    Oxunub:1461
Bakı-Şamaxı yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı-Şamaxı yolunun 133-cü kilometrliyində, Şamaxı rayonu ərazisində 1930-cu il təvəllüdlü Bayramov Kamil Musa oğluna məxsus “FORD” markalı yük avtomobili yol kənarına aşıb.

Yanğınsöndürən-xilasedicilər avtomobilin altında sıxılmış vəziyyətdə qalmış K.Bayramovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 08:48-də başa çatıb.

AzVision.az


Teqlər:



Xəbər lenti