Hillari Klinton prezidenti təqlid etdi - VİDEO

Hillari Klinton prezidenti təqlid etdi - VİDEO
  24 Yanvar 2015    Oxunub:2413
ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton Rusiya prezidenti Vladimir Putini təqlid edib.
AzVision.az-ın məlumatına görə, H. Klinton Kanadanın Vinnipeq şəhərinə səfər edib. Televiziya verilişlərindən birinə qonaq gedən H. Klinton ABŞ-da keçirilən seçkilərlə bağlı danışıb. O, ABŞ-la Rusiyada keçirilən seçki prosseslərinin fərqindən söhbət açıb. Bu zaman Sabiq Dövlət katibi Rusiya prezidenti Vladimr Putini təqlid etməyə başlayıb:

"Vladimir, siz yenidən prezident olmaq istəyərdiniz?. Düşünürəm ki, istəyərdim. Niyə bunu bizə elan etmədiniz? Dmitriyə deyək ki, o baş nazir olacaq? Əla ideyadı”- deyə sabiq dövlət katibi H. Klinton V. Putini təqlid edib.

AzVision.az həmin videonu təqdim edir.




Hafiz Əhmədov



Teqlər:  





Xəbər lenti