Azərbaycan - Dövlət xidmətlərinin göstərilməsində Gizli Çempion

Azərbaycan - Dövlət xidmətlərinin göstərilməsində Gizli Çempion
  24 Yanvar 2015    Oxunub:5099
Almaniyanın “Diplomatisches Magazin” jurnalının yanvar buraxılışında “ASAN xidmət” haqqında dərc edilən məqalədə Azərbaycan vətəndaşlara göstərilən dövlət xidmətləri sahəsində çempion adlandırılıb.

Almaniyanın “Diplomatisches Magazin” jurnalının yanvar buraxılışında Azərbaycanın uğurlu layihələrindən olan “ASAN xidmət” haqqında məqalə dərc edilib.(Məqalənin əslini BURADAN oxumaq olar).

Jurnalın beynəlxalq münasibətlər rubrikasında dərc olunan “Yaxşı idarəçilik və korrupsiyaya qarşı mübarizənin Azərbaycan yolu” adlı məqalənin müəllifi alman politoloq, Berlin Azad Universitetinin Xəzər Regionu Araşdırmaları Mərkəzinin dosenti, Şərqi Avropa üzrə mütəxəssis Matias Dornfeldtdir.

Məqalədə “ASAN xidmət” Azərbaycanın korrupsiyaya qarşı mübarizə və yaxşı idarəçilik baxımından effektli layihəsi kimi təqdim olunur. Müəllif “ASAN xidmət”i XXI əsrin müasir idarəetmə xidməti adlandırır və bu cür mərkəzlərin digər ölkələrdə, o cümlədən Almaniyada da yaradılmasını tövsiyə edir.

Məqalədə qeyd olunur ki, 2012-ci ilin iyulunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə yaradılan Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində müxtəlif dövlət qurumlarının xidmətləri vahid mərkəzdə birləşdirilib. “ASAN xidmət” mərkəzləri sərfəli qiymətlərlə, sürətlə və keyfiyyətlə insanlara xidmət göstərir. Bu da öz növbəsində vətəndaşlara xidmət sektorunda şəffaflığın və korrupsiyaya qarşı mübarizənin təmin olunmasında mühüm rol oynayır.





Teqlər:  





Xəbər lenti