Ermənilər rus əsgərə divan tutdular - VİDEO

Ermənilər rus əsgərə divan tutdular - VİDEO
  24 Yanvar 2015    Oxunub:34586
Gümrüdə 7 nəfərlik ailəni öldürməkdə ittiham edilən rus əsgər Valeri Permyakov ermənilər tərəfindən döyülüb.
AzVision.az-ın məlumatına görə, bunu Ermənistanın "Joxovurd" qəzeti yazıb. Qəzet bildirir ki, günahı hələ sübuta yetirilməmiş Valeri Permyakov rus hərbi bazasında döyülüb. Döyüldükdən sonra Valeri Permyakopvun səhhəti kəskin pisləşib. Onu hospitala apararaq müayinə edərək tibbi yardım ediblər. Tibbi yardım göstərildikdən sonra Valeri Permyakov yenidən hərbi bazaya qaytarılıb.

Qeyd edək ki, Valeri Permyakovun yanvarın 12-də Gümrü şəhərində Avetisyan ailəsinin 6 üzvünü qətlə yetirdiyi iddia edilir. Hadisıə zamanı yalnız 6 yaşlı Seryoja sağ qalmışdı. Bu günlərdə dünyasını dəyişmiş Seryoja Gümrüdə dəfn edilib. Valeri Permyakovun Ermənistan - Türkiyə sərhədində yerləşən Bayandur kəndində Rusiya sərhədçiləri tutulduğu bildirilib.

Hadisə Ermənistanda Rusiya hərbi bazasına qarşı ciddi etirazlara səbəb olub. Yüzlərlə insan İrəvandan Gümrüyə axın edərək hərbi bazanın və Rusiya konsulluğunun qarşısında etiraz mitinqi keçirir. Hazırda davam edən aksiyada etirazçılarla polis arasında qarşıdurma yaşanır. Aksiyada Rusiya bayrağı ayaqlar altına atılaraq tapdanıb. (Anspress)




Teqlər:





Xəbər lenti