Ovçu yoldaşını `ovladı`

  24 Yanvar 2015    Oxunub : 2808
Ovçu yoldaşını `ovladı`
İmişli rayonunun Qızılkənd kənd sakini Amil Allahyarov ov edərkən tüfənglə ehtiyatsız davrandığından açdığı atəşlə Qismət Səfərova xəsarət yetirib.
AzVision.az Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən xəbər verir ki, yanvarın 23-də İmişli rayonunun Hacırüstəmli kəndində Qızılkənd kənd sakini Amil Allahyarov ov edərkən tüfənglə ehtiyatsız davrandığından açdığı atəşlə həmkəndlisi Qismət Səfərova əl nahiyəsindən xəsarət yetirib.

İmişli RPŞ əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olan “MR-155” markalı tüfəng götürülüb. Q.Səfərov xəstəxanaya yerləşdirilib.

Teqlər: