İcra başısı vətəndaşlarla görüşdü

İcra başısı vətəndaşlarla görüşdü
  14 May 2013    Oxunub:2118
Səyyar qəbul sakinlərin razılığına səbəb oldu
Gəncə Şəhər İcra Başçısı Elmar Vəliyevin sakinlərlə səyyar qəbulların keçirilməsi artıq ənənə halını alıb. İcra Hakimiyyətindən AzVision.az-a verilən məlumata görə, icra başçısı Elmar Vəliyevin şəhərin müxtəlif yaşayış massivlərində keçirdiyi görüşlər böyük razılıqla qarşılanır.

Nizami Gəncəvi prospektindəki sakinlərlə keçirilən səyyar qəbul burada yaşayanların böyük marağına səbəb oldu. Sakinlər adından çıxış edən müəllim İradə Abdullayeva, Kübra Rüstəmova, sinəsi orden-medallı 1941-1945-ci illər müharibəsinin iştirakçısı Rüstəm Verdiyev yaradılan bu şərait, abadlıq və quruculuq işləri üçün ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Fidan Əliyeva 5-ci sinif şagirdidir. Onun da deməyə sözü vardı. Üzünü İcra Başçısına tutaraq onların rahat oynayıb-əylənməsi üçün belə gözəl şərait yaradıldığına görə həmyaşıdlarının təşəkkürünü Elmar Vəliyevə çatdırdı.

8 saylı mənzil istismar idarəsinin sahə rəisi Məlahət Məmmədova dedi ki, ərazidə olan 8 binada təmir və bərpa işləri tamamilə başa çatıb. Daha 7 binada da quruculuq işlərinə başlanıb. Tezliklə həmin binada yaşayan sakinlər də tam təmir olunmuş binaların, həyətlərin sevincini yaşayacaqlar.

Sonda Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyev şəhərdə görülən işlərdən danışaraq qeyd etdi ki, məqsədimiz bu qədim, ulu şəhəri ən müasir Avropa dövlətləri səviyyəsinə çatdırmaqdır. Cənab Prezident İlham Əliyevin qayğı və dəstəyi ilə yəqin ki, bu arzumuz da reallaşacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti