Kozlariç: `Azərbaycanı qınaya bilmərik`- Amerikada Korrupsiya

Kozlariç: `Azərbaycanı qınaya bilmərik`- Amerikada Korrupsiya
  24 Yanvar 2015    Oxunub:4538
Amerikalı Spiker korrupsiya ittihamı ilə həbs olundu

Vaxtilə, Amerikanın Virciniya ştatının keçmiş qubernatoru Bob Makdonelin rüşvət almaqda ittiham olunması amerikalılar üçün böyük şok idi. Çünki ABŞ-ın digər ştatlarının çoxundan fərqli olaraq ilk dəfə idi ki, Virciniya tarixində bu cür xoşagəlməz korrupsiya qalmaqalı yaşanırdı. Bu gün isə Amerikaya “böyük şok” yaşadan onun “böyük alması” oldu (Amerikalılar Nyu- York şəhərini bəzən “Big Apple” – böyük alma adlandırırlar-red.)

Bu şokun təsirindən “The City that Never Sleeps”- “Heç zaman yatmayan şəhər”in(Nyu-York şəhərinin belə bir adı da var-red.) sakinləri əslində qəflət yuxusunda yatdıqlarını anladılar. Şəhərdə korrupsiya baş alıb gedir, xəbəri olan yoxdur... Uzaqdan Kozlariçin pıçıltısı gəlir: “Biz də Azərbaycanı qınayırıq”.


Bəli, əksər dünya ölkələrini korrupsiyada qınayan ABŞ-ın özü bu gün analoji qınaq obyektinə çevrilib. Zaman-zaman bizə də təəccüblü görünən bu cür ittihamlar indi haqlı olaraq ABŞ-a qarşı səsləndirilir. Çünki Nyu-york Şəhər Assambleyasının spikeri Şeldon Silverin rüşvətxorluğu ABŞ-ın “korrupsiya immunitetini” zəiflədib. Sən demə, 70 yaşlı amerikalı parlamentari qanunsuz gəlirlərini gizlədirmiş.

Amerika mətbuatının məlumatına görə, spiker Şeldon Silver Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən korrupsiya ittihamı ilə həbs olunub.

Son vaxtlar onun gəlirlərinin milyonlarla ifadə olunan səviyyəsi Manhettan prokurorluğunun və Federal Təhqiqatlar Bürosunun diqqətini cəlb edib.

Araşdırma zamanı spikerin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək korrupsiya ilə gəlir əldə etdiyi müəyyənləşib. Məlum olub ki, son bir neçə il ərzində spikerin aldığı rüşvət 4 milyon dollardan çoxdur.

1994-cü ildən Nyu-York ştatının aşağı palatasına rəhbərlik edən Silveri, Federal Təhqiqatlar Bürosu onun Manhettandakı ofisində həbs edib.

Qeyd edək ki, Silverin rüşvətxorluq əməllərinin araşdırılması işi Nyu-Yorkun keçmiş meri Demokrat Patiyasının üzvü Andreu Kuomo 2013-cü ildə anti-korrupsiya kommisiyası yaradandan sonra, bu ilin mart ayında başladılıb.

Hüquq mühafizəçilərinin diqqətini ilk çəkən onun əmlak vergisinin azaldılması üzrə ixtisaslaşmış Goldberg & Iryami adlı kiçik hüquq firmasından aldığı rüşvət olub.

Amerika mətbuatı yazır ki, qanunvericilərə əlavə işlərlə məşğul olmaq və bunun müqabilində pul almağa icazə verilir, amma spiker vergidən yayınmaq üçün əlavə fəaliyyətinə görə aldığı pulları illik vergi bəyannaməsinə salmayıb.

Silver, spikerliyə görə 120 min dollar əmək haqqı almasına baxmayaraq hüquqşünaslıqla da məşğul olduğu üçün dəfələrlə tənqid olunub.

2013-cü ildə onun gəliri 650 min dollar olub. Bu məbləğə onun Weitz & Luxenberg adlı hüquq məsləhətxanası hesabına qazandığı pullar da daxildir. Silverin bu firma ilə nə alıb verdiyi hələ də müəmmalı qalır, çünki o, heç də bu sahənin adamı deyil.

70 yaşlı Ş. Silver ittihamları rədd etsə də prokurorluq onun həbsinə qərar verib. Cənab Silverin korrupsiya ittihamı ilə həbs olunması, ölkənin əsas siyasi gedişlərini müəyyənləşdirən amerika lidelərinin işi haqqında da ciddi suallar doğurur. Nyu-Yorkda baş verənlər insanlarda güvən hissinin sarsılmasına səbəb olmaqla yanaşı, həm də digərlərinin ifşa olunması ehtimalını da formalaşdırdı. Bu, elə bir “zəlzələ” oldu ki, dalğası Spikerin evindən tutmuş, Manhattanın Şərqinə və hətta Ağ Evə qədər hiss olundu.

Silverin həbsi, qeyd etdiyimiz kimi çoxlarını qəflət yuxusundan oyatdı. Onlardan biri də ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçdir. Daim Azərbaycana qarşı ədalətsiz mövqe nümayiş etdirən Riçard Kozlariç indi bilmir nə etsin, utancından başını gizlətməyə yer axtarır. Baş verən hadisənin əks effektinin ağır olacağının fərqinə varan Kozlariç, bunu tvitter səhifəsində özü də etiraf edir.

“Deyəsən Şeldon Silverin həbsi bizə baha başa gələcək, ağır siyasi nəticələrlə üzləşməli olacağıq. Çətin ki, bundan sonra Azərbaycanı qınaya bilək” – deyə keçmiş səfir yazır.

Əslində belə yazmaqla Kozlariç Azərbaycana qarşı "qara piar" kampaniyasına davam etdiyini də göstərir. Ancaq cənab Kozlariç bu dəfə öz “qarasını” yumağa vaxt ayırsa daha yaxşı olar... Çünki anti-Azərbaycan isteriyası ruhunda çıxışlar etməyin sonu gəlib artıq!

R.Kozlariç və onun kimi düşünənlər reallığı deyil, müəyyən məqsədləri əsas götürürlər. Lakin bilməlidirlər ki, Azərbaycanda məkrlilərə heç zaman yer yoxdur.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti