Ukraynada qanlı döyüş: ölü sayı 20-yə çatdı

Ukraynada qanlı döyüş: ölü sayı 20-yə çatdı
  24 Yanvar 2015    Oxunub:2074
Ukraynanın Mariupol şəhərinin “Qrad” qurğularından atəşə tutulması nəticəsində ölənlərin sayı 20-yə çatıb.
APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Ukrayna Daxili İşlər Nazirliyinin Donetsk vilayəti üzrə İdarəsinin rəisi Vyaçeslav Abroskin bildirib.

“Meyitxanalara 20 cəsəd gətirilib. Bununla belə, məlumatlar daim yenilənir, ölən və yaralananların sayı arta bilər”, deyə V.Abroskin qeyd edib.

Xatırladaq ki, Ukraynanın Mariupol şəhərin separatçılar tərəfindən atəşə tutulub. Ukraynanın Baş naziri Arseni Yatsenyuk hadisə ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb edib.


Teqlər:





Xəbər lenti