Qadın deputatlar arasında dava - FOTO

Qadın deputatlar arasında dava - FOTO
  25 Yanvar 2015    Oxunub:3415
Əfqanıstan parlamentində qadın deputatlar arasında dava olub.
Davaya səbəb Mərkəzi Bankın sədri postuna namizəd Xəlil Sedika olub.

Prezident Əşrəf Qəni Əhmədzaem tərəfindən irəli sürülən namizəd Xəlil Sedikanın ikili vətəndaşlığı mübahisələrə yol açıb.

Bir sıra parlament üzvləri iclasda onun sədr olmasına və təqdim edilməsinə qarşı çıxış edib.

Mübahisə davaya keçdikdə, aşağı palatanın spikeri Əbdül Rauf İbraqimi namizədə və davanın iki ən aktiv iştirakçısına parlament binasını tərk etməyi xahiş edib. Bunun üçün mühafizənin əlavə gücləri iclasa çağrılıb.(ans)


Teqlər:





Xəbər lenti