Merkeldən ermənilərə rədd cavabı

Merkeldən ermənilərə rədd cavabı
  25 Yanvar 2015    Oxunub:2860
“Almaniya hökuməti 1915-1916-cı illərdə Osmanlı imperiyasında baş verənlərə münasibət bildirərkən “soyqırımı” ifadəsindən bundan sonra da istifadə etməyəcək”.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Almaniyanın “Der Tagesspiegel” qəzeti məlumat yayıb. Qəzet bildirir ki, Almaniya hökuməti bunu Sol Partiyanın ona ünvanladığı sorğusuna cavab olaraq bəyan edib.

Almaniya hökumətindən bildirilib ki, tarixi hadisələrə qiymət vermək alimlərin işidir: “Bu məsələ ilə isə daha çox Türkiyə və Ermənistandan olanlar məşğul olmalıdır. Almaniya hökumətinin 2015-ci il, aprelin 24-də hansısa anım mərasimi, hər hansı bir tədbir keçirmək və ya belə tədbirlərə qatılmaq planları və niyyəti yoxdur”.

Qeyd edək ki, Almaniya Ermənilərinin Mərkəzi Şurası və digər erməni diaspor təşkilatları bundan əvvəl bu anım tədbirlərində Almaniya hökuməti rəsmilərinin də iştirak etməsini arzuladıqlarını bildirmişdilər. Göründüyü kimi, Merkel hökuməti isə ermənilərin bu arzusunu “yox” deyərək rədd etdi.


Teqlər:





Xəbər lenti