`Qorbaçov qorxunc cinayətlərin müəllifidir`

`Qorbaçov qorxunc cinayətlərin müəllifidir`
  25 Yanvar 2015    Oxunub:3000
"1990-cı il yanvarın 20-də - 25 il əvvəl Qorbaçov ordusu Bakıya soxuldu. Onun niyyəti terror yolu ilə azərbaycanlıların azadlıq və müstəqillik iradəsini qırmaq idi. Həmin faciədə içərisində qadın, uşaq və qocaların da olduğu onlarla insan öldürüldü. Bu, Azərbaycan xalqının tarixinə "Qara Yanvar" oldu. Buna görə də biz bu gün kədərlənirik və tarixin bir parçasına çevrilən həmin insanlar üçün dua edirik".
Bu sözləri Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı, politoloq Heydər Camal deyib. O həmçinin qeyd edib ki, 20 yanvar faciəsi sovet tarixində cinayətlər zəncirinin sonu oldu.

Heydər Camal SSRİ-nin ilk və yeganə prezidenti Mixail Qorbaçov haqqında da danışaraq onu qorxunc cinayətlərin müəllifi adlandırıb. "O da bütün sovet rəhbərləri kimi siyasətçi deyildi. Onlar öz vəzifələrini və məsuliyyətini dərk edə bilməyən, istənilən addımı atmaqdan, ən əsası isə kapitalist dünyasız qalmaqdan qorxan aciz, qanmaz adamlar idilər. Onlar sözdə kapitalizmlə mübarizə aparırdılar. Əslində isə onlar bu kapitalist dünyanın dağılmasından çox qorxurdular. Buna görə də onlar kapitalizmə qalib gəlməmək üçün sosializmi məğlub olmağa məcbur etdilər", - deyə politoloq əlavə edib.(Ans)




Teqlər:





Xəbər lenti