Maskalılar evə basqın etdi - Masallıda
Hadisə zamanı maskalı şəxslər 1971-ci il təvəllüdlü İlqar Çiləxan oğlu Məmmədova və həyat yoldaşı, 1979-cu il təvəllüdlü Qərənfil Tofiq qızı Məmmədovaya müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Evdə olan 3 uşaq isə qorxub.
İlqar Məmmmədovun qardaşı Allahbaxış Məmmədov ANS PRESS-ə verdiyi açıqlamada bildirib ki, basqın edən maskalı şəxslər evdən qızıl, mobil telefonlar və qiymətli əşyalar aparıblar.
Basqın edən şəxlərin 3 nəfər olduğunu deyən Allahbaxış Məmmədov qardaşı və həyat yoldaşının ağır vəziyyətdə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıldığını bildirdi. Onun sözlərinə görə, reanimasiyaya yerləşdirilmiş xəstələrin vəziyyəti ağırdır.
Basqın faktı ilə bağlı rayon Polis Şöbəsində araşdırmalara başlanıb. (Ans)