Qəndin içindən heroin çıxdı - FOTO

Qəndin içindən heroin çıxdı - FOTO
  26 Yanvar 2015    Oxunub:1972
Bakıda cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb.

AzVision.az Penitensiar Xidmətin saytına istinadən verdiyi xəbərə görə, xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 2 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, 7 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Vüqar Bəxtiyar oğlu Mirzəyevin yanına qısamüddətli görüşə gəlmiş qardaşı, Bakı şəhər sakini Vüsal Bəxtiyar oğlu Mirzəyevin üzərinə və gətirdiyi sovqata baxış keçirilən zaman sovqatda olan qəndlərin 8 ədədinin oyularaq içərisində gizlədilmiş ümumi çəkisi 2,14 qram olan heroin aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.



Teqlər:





Xəbər lenti