`Arif Hacılı Müsavatdan çıxarılmalıdır`

`Arif Hacılı Müsavatdan çıxarılmalıdır`
  26 Yanvar 2015    Oxunub:2055
`Müsavat Partiyasından Ənvər Əhməd yox, saxtakar Arif Hacılı xaric olunmalıdır`.
AzVision.az xəbər verir ki, bunu Müsavat Partiyasından çıxarılan başqanlığa keçmiş namizəd Səxavət Əlisoy bildirib.

Qubad İbadoğlunun tərəftarı olan Ənvər Əhmədin partiyadan kənarlaşdırılmasına etiraz edən S.Əlisoy qeyd edib ki, A.Hacılı özünü `raykom katibi` kimi aparır.

`Özünü və patronunu qəbul etməyənləri partiyadan kənarlaşdırır. Adam anlamaq istəmir ki, fikir ayrılığına görə kimsəni cəzalandırmaq olmaz. Plüralizmi həzm etməyən kəsin özünü demokrat adlandırması tər-təmiz abdallıqdır. Yazıqlar olsun Müsavata, partiya görün bir hansı zehniyyət sahiblərinin işğalına məruz qaldı...
Ənvər bəy saxtakarlıq etdi? Etdiyi saxtakarlığa rəğmən Müsavatı parçalanmağa məruz qoydu? Partiyada avtoritar mühit formalaşdırdı? Yaxud intriqaların və maliyyə fırıldaqlığının başında dayandı? Vicdanı olan kəs bu suallara obyektiv cavab verməlidir`.

AzVision.az


Teqlər:





Xəbər lenti