Kerri ilə Lavrov arasında kritik müzakirə

Kerri ilə Lavrov arasında kritik müzakirə
  26 Yanvar 2015    Oxunub:2378
ABŞ dövlət katibi Con Kerri ilə rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.
AzVision.az -ın APA-ya istinadən verdiyi xəbərinə görə, ABŞ Dövlət Departamentinin yaydığı açıqlamada qeyd edilib ki, telefon danışığı zamanı Ukraynanın cənubundakı Mariupolda baş vermiş hadisələr, sepratçıların hücumu nəticəsində onlarla mülki şəxsin öldürülməsi müzakirə olunub.

Kerri atəşkəs sazişi imzalanmasının, ağır artleriyanın geri çəkilməsinin, sərhədin bağlanmasının vacibliyinə diqqət çəkib.

ABŞ bölgədə gərginliyin artmasından narahatlıq ifadə edib, sülh yaradılması üçün əməkdaşlığa hazır olduğunu bildirib.

Qeyd edək ki, dünən Ukraynanın Mariupol şəhərinə sepatçıların hücumu zamanı 30 nəfər ölüb, 103 nəfər yaralanıb.


Teqlər:  





Xəbər lenti