İsraildən təxribatçı addım

İsraildən təxribatçı addım
  26 Yanvar 2015    Oxunub:2202
Liberman “Charlie Hebdo” nəşrini almağı və pulsuz paylamağı məsləhət görüb.
İsrail xarici işlər naziri Aviqdor Liberman Fransanın İslam peyğəmbərini təhqir edən satirik “Charlie Hebdo” jurnalının İsraildə də satılması və paylanması çağırışı edib.

Anspress-in məlumatına görə, “Evimiz İsrail” partiyasının lideri də olan nazir partiya üzvlərinə, “Charlie Hebdo” nəşrinin son buraxılışını almağı və pulsuz paylamağı məsləhət görüb.

Liberman, radikal İslamın İsraildə qorxu yaratmasına və söz azadlığını məhdudlaşdırmasına izn verməyəcəklərini deyib.

İsrail knessetinin ərəb mənşəli üzvü Məsud Qanaim bu addımın müsəlmanların ləyaqətini təhqir edəcəyini açıqlayıb:

“Baş nazir Benyamin Netanyahunu “Charlie Hübdo” jurnalının son sayını hətta internetdən də alınmasını qadağan etməyə çağırıram. Bu vəziyyət ölkədəki ərəblərin və müsəlmanların ləyaqətinə təhqirdir”.


Teqlər:





Xəbər lenti