Amerikalı milyarder prezident olmaq istəyir

Amerikalı milyarder prezident olmaq istəyir
  26 Yanvar 2015    Oxunub:2269
Amerikalı milyarder Donald Tramp 2016-cı ildə prezident seçkilərində öz namizədliyini irəli sürəcəyini bəyan edib.
Bu barədə AzVision.az “The İndependent”ə istinadən xəbər verir.

Trampın sözlərinə görə, o seçkilərdə ən layiqli namizəd olacaq: “Mən bu ölkəyə öz zəngin tarixini qaytara biləcək yeganə şəxsəm. Məndən başqa heç kəs bunu edə bilməz”, - deyə Tramp bəyan edib.

2016-cı il prezident seçkilərində mümkün namizədlər kimi Hilari Klinton, Ceb Buş, Mitt Romninin adı çəkilir.

“Mitt Romnini seçməyəcəklər. Çünki onun artıq bir şansı var idi və o məğlub oldu. İkinci şans olmayacaq. Buşu da seçməyəcəklər. Ölkəyə daha bir Buş lazım deyil”, - deyə milyarder əlavə edib.

Tramp prezident seçiləcəyi təqdirdə yeni iş yerləri açacağını, İŞİD üzərində qələbə çalacağına, büdcə defisitini azaltmağa, və İranın nüvə silahı hazırlanmasına mane olacağını söz verib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti