Millət vəkili seçicilərlə görüşüb
Bir sıra seçicilərin millət vəkililə görüşdə ünvanlı sosial yardımla və əlilliyə görə pensiya ilə bağlı müraciətləri isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rayondakı qurumları ilə müzakirə olunub. Seçicilər əsasən yol, nəqliyyat, bağça, tibb məntəqəsi, əkinlərin su ilə təchizatının yaxşılaşdırılması, yeni artezian quyularına böyük ehtiyac və bölgədə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı öz təklif və fikirlərini bildiriblər.
Millət vəkili Qənirə Paşayeva bildirib ki, bir sıra sakinlərin əkinlərini suvarmaq üçün və ümumiyyətlə, su sarıdan ciddi çətinlik çəkdiyini bilir. Bununla bağlı Su və Meliorasiya naziri Əhməd Əhmədzadəyə müraciət etdiyini və bir neçə artezian quyularının qazıldığını, amma yenə də təlabat olduğunu deyən millət vəkili bir neçə gün əvvəl Su və Meliorasiya naziri Əhməd Əhmədzadə ilə görüşdüyünü, bu məsələni onun diqqətinə çatdıraraq sakinlər və öz adından xahiş etdiyini deyib və bildirib ki, Bakıya döndükdən sonra nazirdən bu məsələnin qısa zamanda həlli üçün yenidən xahiş edəcək.
Millət vəkili Qovlarda bəzi bölgələrə gedən yollar və ictimai nəqliyyatla bağlı problemləri aidiyyatı qurumlarla təkrar müzakirə edəcəyini və onların tezliklə həlli istiqamətində bir millət vəkili olaraq sakinlərin və özünün xahişlərini təkrar çatdıracağını deyib. O, sakinlərin normal şəraitli bağçanın açılmasının vacibliyi ilə bağlı xahişi dinləyərək, aidiyyatı qurumlarla bu məsələ ilə bağlı müzakirə aparaçağını deyib.
Millət vəkili bir sıra vətəndaşları tək-tək dinləyərək, onları narahat edən problemlərlə də bağlı qeydlər apararaq, həll edilməsi istiqamətində köməklik göstərilməsinə çalışacağını bildirib.
Millət vəkili onların bəzi problemlərinin həlli istiqamətində müvafiq qurumlarla danışacağını və bəzi təkliflərini parlamentdə səsləndirəcəyini deyib.
Seçicilərilə görüşdə millət vəkili Qənirə Paşayeva Milli Məclisdə qəbul olunan qərar və qanunlardan, qanunlara edilən əlavə və dəyişikliklərdən danışıb, seçicilərini maraqlandıran və narahat edən məsələləri araşdıracağını bildirib.
Teqlər: