Ziya Məmmədov: "Son 10 ildə 300 körpü tikilib"
Nazir bildirib ki, nəqliyyat sahəsinə yatırılan investisiyalar bütün iqtisadiyyata yatırılan sərmayələrin 21%-nə bərabərdir.
Z. Məmmədov qeyd edib ki, ölkənin avtomobil yollarına yatırılan sərmayə 2014-cü ildə 1,9 mlrd. dollar təşkil edib.
"Nəqliyyat sektorunda son 10 ildə daşımaların həcmi 5,7%, sərnişindaşıma 3,7%, tranzit daşınmalar 3,4% artıb", - deyə nazir qeyd edib.
Qurum rəhbəri əlavə edib ki, son 10 ildə respublika üzrə 11 min km yol, 300 körpü tikilib. Körpülərin 70-i Bakının ərazisindədir.(Apa)
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


