İlham Əliyev baş direktorla görüşüb

İlham Əliyev baş direktorla görüşüb
  14 May 2013    Oxunub:1139
Mayın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Vyanada BMT-nin Sənayenin İnkişafı Təşkilatının baş direktoru Kandeh Yumkella ilə görüşüb.

Görüşdə baş direktor Kandeh Yumkella Azərbaycana səfərini məmnunluqla xatırladı, dünyada gedən qloballaşma proseslərinə toxunaraq sənaye, energetika və digər sahələrdə müşahidə olunan meyllərdən, bəşəriyyəti narahat edən problemlərdən danışdı. Müasir dövrün çağırışlarından bəhs edən BMT rəsmisi dünyadakı işsizlik problemlərinə toxundu.

Prezident İlham Əliyev Azərbaycandakı iqtisadi inkişaf proseslərini diqqətə çatdıraraq, ölkəmizdə yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması, energetika və digər sahələrdə görülən tədbirlər barədə məlumat verdi, respublikamızın əldə etdiyi uğurlardan danışdı.

Görüşdə Azərbaycan ilə BMT-nin Sənayenin İnkişafı Təşkilatı arasında əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.
Prezident İlham Əliyev fəxri qonaqlar kitabına ürək sözlərini yazdı.

AzVision.az


Teqlər:





Xəbər lenti