`Elçiliyinə gedəcəyimə söz verdim` - Deputat

`Elçiliyinə gedəcəyimə söz verdim` - Deputat
  26 Yanvar 2015    Oxunub:3366
Dünən çox təsirli bir hadisə baş verdi. Axşamçağı mənə bir gənc yaxınlaşdı və mənə adımla müraciət etdi. Məlum oldu ki, o 3 saylı uşaq evində böyüyüb və məni ora olan səfərlərimdən tanıyır.
AzVision.az xəbər verir ki, bu barədə YAP-çı millət vəkili Aydın Mirzəzadə Facebook səhifəsində bildirib. Deputat qeyd edib:

-Sol əlinin protez olduğunu, ancaq işlədiyini və özünü dolandırdığını bildirdi. Dedi ki, hörmətli Mehriban xanım Əliyevanın uşaq evində böyümüş uşaqlar üçün tikdirdiyi binada mənzillə təmin olunub və heç bir problemi yoxdur. Bir qədər danışdırdım, telefon nömrəmi yazdırdım, mənzilinə gələcəyimə və gələcəkdə onun elçiliyinə gedəcəyimə söz verdim. Etdiyim köməyi götürmək istəmirdi. Onun timsalında himayəsiz qalan uşaqlara dövlətin himayə etdiyini və onların sərbəst həyata hazırlandıqlarının şahidi oldum.


Teqlər:  



Xəbər lenti