Sosial şəbəkələrdən hansı məqsədlə istifadə edirsiniz? - CAVABLAR

Sosial şəbəkələrdən hansı məqsədlə istifadə edirsiniz? -  CAVABLAR
  26 Yanvar 2015    Oxunub:2610
AzVision.az saytında `Sosial şəbəkələrdən hansı məqsədlə istifadə edirsiniz` mövzusunda sorğu keçirilib.

Sorğuda iştirak edən 1018 nəfərdən 658 nəfəri (64.6%) bildirib ki, onlar sosial şəbəkələrdən yeni informasiyalar almaq üçün istifadə edirlər.

12.8% (130 nəfər) dost-tanışla əlaqə saxlamaq üçün sosial şəbəkələrdən faydalanır. 10.2% (104 nəfər) maraqlı vaxt keçirmək üçün sosial şəbəkələrə girir.

Oxucularımızın 5.3%-i başqalarının düşüncələrilə tanış olmaq, 3.9%-i öz fikirlərini yaymaq, 3.1%-i isə yeni insanlarla tanış olmaq üçün sosial şəbəkələrə girir.

AzVision.az


Teqlər:  





Xəbər lenti