Bakıda məktəbdə şagirdə bıçaq çəkdilər

Bakıda məktəbdə şagirdə bıçaq çəkdilər
  26 Yanvar 2015    Oxunub:2209
Bakıda məktəbdə quldurluq hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, yanvarın 24-də Bakı şəhər sakini Elşən İsmayılov Xətai RPİ 35-ci PB-yə müraciət edərək, 221 saylı orta məktəbdə naməlum şəxsin onun oğlu Aydını bıçaqla hədələyib, 5 manatını almasını bildirib.

35-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Bakı şəhər sakini Nurlan Musayev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti