Bakıda daha bir avtobus qəzası: yaralanan var

Bakıda daha bir avtobus qəzası: yaralanan var
  26 Yanvar 2015    Oxunub:2336
Bakıda sərnişin daşıyan marşrut avtobusu qəza törədib.
AzVision.az report-a istinadən xəbər verir ki, hadisə Sabunçu rayonunda, keçmiş “Komsomol” dairəsində baş verib.

Belə ki, 49 saylı marşrut avtobusu ilə “Mercedes” markalı minik avtomobili toqquşub. “Mercedes”in sürücüsü xəsarət alıb. Hadisə zamanı avtobusda sərnişinlər olsa da, onlar xəsarət almayıblar.

Qəza hər iki nəqliyyat vasitəsinin “Komsomol” dairəsinə daxil olması zamanı baş verib. Belə ki, sürücülər bir-birinə yol verməyiblər.

Faktla bağlı araşdırma aparılır.


Teqlər:



Xəbər lenti