Sərhəd Xidmətinin rəisi lənkəranlıları qəbul edəcək

Sərhəd Xidmətinin rəisi lənkəranlıları qəbul edəcək
  14 May 2013    Oxunub:1453
Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev mayın 23-də Lənkəranda cənub rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.

Bu barədə AzVision.az-a Dövlət Sərhəd Xidmətindən məlumat verilib.

Məlumata əsasən, Lənkəran şəhərində yerləşən Lənkəran Sərhəd Dəstəsində keçiriləcək görüşdə Yardımlı, Lənkəran, Astara, Lerik rayon sakinləri qəbul olunacaq.

Qəbulda iştirak etmək istəyənlər onları maraqlandıran sualları may ayının 20-dək Dövlət Sərhəd Ximətinin www.dsx.gov.az saytında yerləşdirməlidirlər.

Qeydiyyat üçün vətəndaşlardan 012-498-01-55 və 012-498-01-69 nömrəli telefonlarla əlaqə saxlanılması və ya Lənkəran şəhərində yerləşən Lənkəran Sərhəd Dəstəsinə müraciət edilməsi xahiş olunur.


Teqlər:





Xəbər lenti