Kürdlər Kobanini İŞİD-dən azad etdi

Kürdlər Kobanini İŞİD-dən azad etdi
  26 Yanvar 2015    Oxunub:2322
Kürd yaraqlıları Suriyanın şimalında yerləşən Kobani şəhərinin İraq və Şam İslam Dövləti (İŞİD) yaraqlılarından azad edib.
Bu barədə AzVision.az Rusiya KİV-nə istinadən xəbər verir.

Kürdlərin keçirdiyi hərbi əməliyyatlar nəticəsində 30-dən çox İŞİD yaraqlısının məhv edildiyi bildirilir.

Xatırladaq ki, ötən ilin iyun ayının əvvəlindən etibarən İraqda hökumət qüvvələri ilə “İraq və Şam İslam Dövləti” (İŞİD) silahlıları arasında qanlı döyüşlər davam edir. Mosul və Kərkük şəhərləri də daxil olmaqla bir sıra İraq şəhərləri İŞİD yaraqlıları tərəfindən ələ keçirilib.

İyunun sonunda "İslam Dövləti" İraqda və Suriyada onun nəzarəti altında olan ərazilərində "İslam Xilafəti" yaratdığını elan etdi. İraq hakimiyyəti bu təşkilata qarşı mübarizədə kömək üçün beynəlxalq birliyə müraciət etdi.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti