"Bu informasiyalar yalandır" - Azərbaycanlı milyarder

"Bu informasiyalar yalandır" - Azərbaycanlı milyarder
  27 Yanvar 2015    Oxunub:3944
"Sanksiyalarla əlaqədar xarici bankların "Lukoyl" şirkətinə kreditlər verməməsi haqda informasiyalar yalandır".
AzVision.az anspress-ə istinadən xəbər verir ki, bu barədə şirkətin prezidenti Vahid Ələkbərov açıqlama verib.

"Biz banklarla işləyirik, hazırda bizim layihələrimizin layihə maliyyələşdirməsi üzrə hazırlığı aparırlır. Bura "Şahdəniz" layihəsi də daxildir. Bu gün şirkət EBRR-lə danışıqlar aparır və maliyyələşdirmə təmin ediləcək", - deyə Ələkbərov vurğulayıb.

O həmçinin bildirib ki, "Lukoyl" şirkətin Özbəkistanın layihələrinin maliyyələşdirilməsi üçün Asiya ölkələri ilə danışıqlar aparır.

Qeyd edək ki, yaxın vaxtlarda şirkət "Şahdəniz-2" layihəsində öz payının (10%) maliyyələşdirilməsi üçün EBRR-dən 500 milyon dollar və ABR-dan 450 milyon dollar krediti almağı planlaşdırır.

Şirkətin maliyyələşdirilməsinə qarşı CEE Bankwatch Network-un Mərkəzi və Şərqi Avropadakı şəbəkəsi çıxış edib.


Teqlər:





Xəbər lenti