`Helikopterimiz kursdan çıxmışdı` – Ohanyandan etiraf

`Helikopterimiz kursdan çıxmışdı` – Ohanyandan etiraf
  27 Yanvar 2015    Oxunub:2107
Ermənistanın müdafiə naziri Seyran Ohanyan ötən il noyabrın 12-də Dağlıq Qarabağda vurulan hərbi helikopterin kursdan kənara çıxdığını etiraf edib.

Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Ohanyan helikopterin vurulması faktı ilə bağlı xidməti təhqiqat apardıqlarını söyləyib: “Bununla əlaqədar bəzi insanlar töhmət alıb, bəziləri isə işdən çıxarılıb. Təlim uçuşu həyata keçirən helikopterin heyəti bir qədər kursdan kənara çıxıb”.

Xatırladaq ki, 2014-cü il noyabrın 12-də saat 13:45 radələrində cəbhənin Ağdam rayonunun Kəngərli kəndindən 1700 metr şimal-şərq istiqamətində Ermənistan Silahlı Qüvvələrinə məxsus “Mi-24” tipli hərbi helikopter döyüş kursuna enərək Azərbaycan ordusunun mövqelərimizə hücuma cəhd edib. Azərbaycan əsgərləri tərəfindən açılan atəş nəticəsində düşmən helikopteri məhv edilib. Helikopterin 3 heyət üzvü ölüb.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti