Fərhad Əliyev Londona qayıdır
“Fərhad Əliyev qardaşının yas mərasimində iştirak edib. O, ötən gün Cəlilabaddan Bakıya qayıdıb. Hazırda o Bakıdakı evindədir, yaxın vaxtlarda Londona qayıdacaq”.
Qeyd edək ki, Əliyevlər ailəsinə bir neçə gün öncə ağır itki üz verib. Belə ki, F.Əliyevin balaca qardaşı Əliyev Sudeif Şölət oğlu qəflətən vəfat edib. Mərhumun ürək ağrısından əziyyət çəkdiyi bildirilir.
Hafiz Əhmədov
AzVision.az