Azərbaycan Universitetinin yeni rektoru kimdir? - FOTO + ARAYIŞ

Azərbaycan Universitetinin yeni rektoru kimdir? - FOTO + ARAYIŞ
  27 Yanvar 2015    Oxunub:15669
Azərbaycan Universitetinin rektoru Eldar Qəhrəmanov vəzifəsindən azad edilib və onun yerinə Fərid Əhmədov təyin edilib.
AzVision.az F.Əhmədovun kim olması ilə bağlı kiçik araşdırma aparıb.

Məlum olub ki, yeni rektor gəncdir. O, dosent, hüquqşünasdır.

Maraq dairələri beynəlxalq ictimai hüquq, dövlət məsuliyyəti haqqında qanun,beynəlxalq hüquqda mübahisələrin həll edilməsidir. Gənc rektor ADA Universitetində Beynəlxalq hüquq və Hüquq qaydası&Beynəlxalq təşkilat fənnindən dərs deyir.

Bakı Dövlət Universitetində beynəlxalq hüququ ixtisası üzrə bakalavr və magistr dərəcələri üzrə təhsil alıb. 2002-2003-cü illərdə “Essex” Universitetində İnsan Hüquqları üzrə Beynəlxalq hüquq sahəsində magistr təhsili alıb.

2008-ci ildə o Azərbaycan Milli Elmlər Akademiyası Hüquq və Fəlsəfə İnstitutda doktorluq dərəcəsini alıb. Fərid Əhmədov son olaraq Oksford Universitetində hüquq sahəsi üzrə doktorantlığı bitirib.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti