Neft Akademiyasında direktor iş başında öldü

Neft Akademiyasında direktor iş başında öldü
  28 Yanvar 2015    Oxunub:3725
Azərbaycan Dövlət Neft Akademiyasının (ADNA) əməkdaşı iş başında vəfat edib.
AzVision.az xəbər verir ki, bu barədə məlumat Anspress-ə ADNA-dan verilib. Vəfat edən akademiyanın Əsaslı Kitabxanasının direktoru Cabir Ağaməmmədov olub.

O, yanvarın 26-da işdə olarkən saat 16-17 radələrində səhhəti pisləşib. Kitabxananın direktoru qəfildən infarktdan dünyasını dəyişib.

Qeyd edək ki, Cabir Lənkəran oğlu Ağaməmmədov 1939-cu ildə Ağdam rayonunun Qaradağlı kəndində anadan olub. 1967-ci ildə Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsini bitirib. 1971-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutunun ikillik kursunda ingilis dilini öyrənib. 1984-cü ildən Azərbaycan Dövlət Neft Akademiyasının əsaslı kitabxanasının direktoru vəzifəsində işləyib.


Teqlər:  





Xəbər lenti