`Leyla Yunus ermənidir...`- Siyavuş Novruzov

`Leyla Yunus ermənidir...`- Siyavuş Novruzov
  28 Yanvar 2015    Oxunub:3329
“Leyla Yunus bir erməni qadınıdır. O, erməni həyasızlığı ilə şou göstərir. Leyla Yunusun işi ancaq şou göstərməkdən ibarədir”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.

Millət vəkili Bakı İstintaq Təcridxanasında saxlanılan hüquq müdafiəçisi Leyla Yunusovanın səhhətinin Almaniyanın tanınmış “Charite” xəstəxanasının şöbə müdiri, professor Dr. Kristian Vitt tərəfindən müayinə edilməsinə münasibət bildirib.

O, bunu Leyla Yunus şousunun davamı adlandırıb: “Azərbaycan Penitensiar xidməti dəfələrlə Leyla Yunusun Təcridxanadakı yaşayış tərzini nümayiş etdirib. Onun yeməyinə qədər ictimaiyyətə göstərilib. Amma Leyla Yunus dəfələrlə Azərbaycandakı həkimlərdən imtina edib. Guya Leyla Yunus xəstədir, həbsxanada öləcək. Bizim həkimlər də sübut etdilər ki, Leyla Yunusun heç bir xəstəliyi yoxdur. Leyla Yunus ancaq şou ilə məşğuldur. Leyla Yunusun Almaniyadan həkimlər gətirməsi, onun şou proqramının davamıdır”.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti