`Şahdağ`da maraqlı yarış

`Şahdağ`da maraqlı yarış
  28 Yanvar 2015    Oxunub:2022
Fevralın 8-də "Şahdağ" Turizm Mərkəzində artıq ikinci dəfədir ki, "Red Bull Shakh Carpet" idman yarışı keçiriləcək.
Hərfi mənası, "Xalçaların Şahı" olan bu yarışın məzmunu xüsusi geyimli iştirakçıların tramplin və soyuq su ilə dolu hovuz olan dağ enişindən köməkçi vasitədən istifadə edərək aşağı enmədən ibarətdir. Eniş üçün istifadə edilən əsas alət, iştirakçıların xüsusi ilə yarışma üçün hazırladıqları xalça olacaq.

"Şahdağ" Turizm Mərkəzi hər kəsi bu tədbirdə iştirak etməyə dəvət edir və məlumat üçün bildirir ki, qeydiyyatdan keçmək üçün iştirakçılar tərəfindən komandanın kreativ konsepsiyasını və qeyri adi ad fikirləşmək, maraqlı geyim hazırlamaq və xalça ilə sürüşmək üçün alət yaratmaq lazımdır.

Qeyd edək ki, "Red Bull Shakh Carpet" yarışı ilk dəfə 22 fevral 2014-cü il tarixində keçirilmiş və yarışda 23 komanda iştirak etmişdir.


Teqlər:





Xəbər lenti