İŞİD hədələdi: `Obamanın başını kəsəcəyik`

İŞİD hədələdi: `Obamanın başını kəsəcəyik`
  28 Yanvar 2015    Oxunub:2526
İŞİD terror qruplaşması ABŞ prezidenti Barak Obamanı hədələyib.
Terror qruplaşması yaydığı son video müraciətdə Obamanın başını kəsməklə hədələyib.

Terrorçuların yaydığı videoda bir kürd əsgərin əsir düşdüyü görünür. Videoda danışan üzü maskalı adam "Obama, biz Amerikaya da çatacağıq. Sənin başını da kəsəcəyik və Amerikanı müsəlman bir dövlət edəcəyik", deyə bildirir.

Bundan başqa İŞİD Fransanı da hədələyib: "Fransa və onun "bacısı" Belçika, sizə də bombalarla gələcəyik, sizin də başınızı kəsəcəyik".

Videoda İŞİD İordaniya həbsxanasında məhbus olan Sajida əl-Rişavinin sərbəst buraxılmasını tələb edir.

Qeyd edək ki, Rişavi 2005-ci ildə intihar hücumu etməyə çalışarkən həbs edilıib. (Ans)


Teqlər:  





Xəbər lenti