İcra hakimiyyətindən sakinlərə paltar QADAĞASI
Qurutmaq üçün necə gəldi asılmış paltarlar şəhərin görüntüsünə ziyan vurmaqla yanaşı, həm də narahatlıq doğurur.
Görüntülər Sumqayıtdandır. Çoxmərtəbəli binaların bəzi sakinləri yuyulan paltarları qurutmaq üçün eyvandan həyətdə, ya da küçənin ortasındakı dirəklərə uzadılan iplərə asır. Sakinlər başqa çarələrinin olmadığını deyərək özlərini müdafiə edir.
İslaq paltarlarını çəkinmədən küçəyə asmaq şəxsi seçim sayılsa da şəhərinin görünüşünə ziyan vurduğu da bir gerçəkdir. Üstəlik başqalarını da narahat edir, quruyan pal-paltarın suyu yoldan keçənlərin başına damcılayır.
Problem şəhər rəhbərliyinin gündəmindədir.Hazırlanan tədbirlər planı ilə paltarların belə qurudulması qadağan ediləcək.
Ancaq vəziyyətin obyektiv səbəbləri də nəzərə alınaraq ilkin mərhələdə binaların küçəyə tərəf hissəsində paltar sərilməsi qadağan ediləcək. Bu iş mənzil istismar sahələrinə tapşırılıb.Hər mənzil istismar sahəsi öz ərazisində sakinlərə xəbərdarlıq edir. (Xəzərxəbər)