Aparıcı Azər Qəribi səfir seçildi

Aparıcı Azər Qəribi səfir seçildi
  29 Yanvar 2015    Oxunub:3465
“Bakı-2015” ilk Avropa Oyunları Əməliyyat Komitəsi tanınmış televiziya aparıcısı Azər Qəribi bu yay keçiriləcək birinci Avropa Oyunlarının ulduz elçisi seçib.
Oyunların Əməliyyat Komitəsindən AzərTAc-a bildiriblər ki, Azər Qərib daxil olmaqla hazırda “Bakı-2015”-in musiqi, televiziya və incəsənət dünyasından 14 ulduz elçisi var.

Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov ilk Avropa Oyunlarına Azər Qərib kimi məşhurların dəstəyini yüksək qiymətləndirib. Nazir əmin olduğunu bildirib ki, ulduz elçilərimiz əhali arasında böyük həyəcan yaradacaq və daha çox insanı Oyunlara cəlb edəcək.

Azərbaycanı “Bakı-2015”-də ulduz elçi kimi təmsil etməkdən qürur duyduğunu vurğulayan Azər Qərib idman azarkeşlərini bu yay Bakıya gəlməyə həvəsləndirməyin Oyunlar üçün mühüm əhəmiyyət daşıdığını qeyd edib.

Ulduz elçi proqramı “Bakı-2015”-in Azərbaycan və Avropada geniş tamaşaçı kütləsinə çatdırılmasına imkan yaradacaq. Proqram iştirakçıları “Bakı-2015”-in obyektlərinə baş çəkmək, gerisayım tədbirlərinə qoşulmaq, kampaniyaları dəstəkləmək və sosial şəbəkələrdən istifadə etməklə pərəstişkarları arasında Oyunların təbliğ olunmasını təmin edəcəklər.


Teqlər:  





Xəbər lenti