Füzuli Ələkbərov Qaxa gedir

Füzuli Ələkbərov Qaxa gedir
  15 May 2013    Oxunub:1437
Qəbul zamanı aztəminatlı ailələrin müəyyən olunacaq
AzVison.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi tərəfindən Bakıda və müxtəlif bölgələrdə vətəndaş qəbulları davam etdirilir. Bu istiqamətdə növbəti tədbir kimi, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2013-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu qrafikinə uyğun olaraq, mayın 17-də nazir Fizuli Ələkbərov respublikanın Qax rayonunda vətəndaşları qəbul edəcək.
Qəbul zamanı bölgədə yerləşən rayonların (Şəki, Qax, Zaqatala, Balakən, Qəbələ, Oğuz, İsmayıllı) sakinlərinin «Açıq qapı» şəraitində müraciətləri dinləniləcək, bu müraciətlərdə qaldırılan məsələlər nazirliyin müvafiq əməkdaşlarının iştirakı ilə obyektiv və ədalətli şəkildə araşdırılacaq. Vətəndaşların nazirliyin fəaliyyət dairəsinə aid olmayan məsələlərlə əlaqədar müraciətləri müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınacaq.

Qəbulda həmçinin aktiv sosial müdafiə tədbirlərinə, o cümlədən «Özündəstək» proqramına cəlb olunmaq üçün müvafiq potensiallara malik olan aztəminatlı ailələrin müəyyən olunması da diqqətdə saxlanılacaq.

AzVison.az


Teqlər:  





Xəbər lenti