SOCAR-ın işçisi dənizdə öldü

SOCAR-ın işçisi dənizdə öldü
  29 Yanvar 2015    Oxunub:1745
Ötən gün Xəzər Dəniz Neft Donanmasında növbə dəyişilən zaman SOCAR-ın Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji Nəqliyyat Departamentində bədbəxt hadisə qeydə alınıb.
AzVision.az-ın məlumatına görə, SOCAR-ın əməkdaşı, sementləyici aqreqat maşinisti işləyən 1956-cı il təvəllüdlü Məmmədov Ağaməlik Sübhan oğlu gəminin lövbər salmasını gözləməyib və vaxtından əvvəl özülə çıxmaq istəyərkən dənizə düşüb. Yoldaşları tərəfindən dənizdən çıxarılsa da, o aldığı xəsarətdən hadisə yerində keçinib.

AzVision.az


Teqlər:





Xəbər lenti