Davudoğlunun erməni müşavirindən Sarkisyana Özəl Mesaj
Türkiyənin Baş Naziri Ə. Davutoğlunun baş müşaviri Etyen Mahçubyan “İnternet Haber” saytına verdiyi müsahibədə bildirib ki, hələlik Ermənistandan fərqli olaraq, erməni diasporası Türkiyə ilə dialoqa hazır deyil.
Mahcubyan həm də Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanın aprelin 24-də Çanaqqala zəfərinin 100-illiyi münasibətilə keçiriləcək bayram tədbirlərində iştirak etmək üçün Ermənistan prezidenti Serj Sərkisyana göndərdiyi dəvət haqqında da fikrini söyləmişdir: “Türklər və ermənilər demək olar ki, eyni mədəniyyətin övladlarıdır. Eyni mahnıları dinləyir və oxuyur,eyni kitabları mütaliə ediblər. Bu isə o deməkdir ki, hər iki xalqın bir sıra oxşar cəhətləri var. Çanaqqala savaşı qurbanları və zərər çəkənləri arasında ermənilər də olub. Əgər Ermənistan dövləti onların xatirəsinə hörmət edirsə, ən azından simvolik olaraq Türkiyə prezidentinin dəvətini qəbul etməlidir.”
Xatırladaq ki, yanvarın 18 -də Türkiyəyə səfər etmiş Azərbaycan prezidenti İlham Əliyevlə birlikdə Ankarada keçirdikləri mətbuat konfransında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan etmişdir ki, Çanaqqala savaşında çoxsaylı şəhidlər hesabına əldə edilmiş zəfərin 100- illiyi münasıbətilə 2015-ci il aprelin 24-də təşkil olunacaq tədbirlərə 102 ölkənin rəhbərləri, o cümlədən Ermənistan prezidenti Serj Sərkisyan da dəvət olunmuşlar. Ancaq Sərkisyan həmin gün, yəni aprelin 24-də öz ölkəsində “soyqırım” tədbirləırinin keçiriləcəyini bəhanə gətirərək Ərdoğanın dəvətinə tələm-tələsik “yox” cavabını vermışdir.
Beləliklə, türklərin ermənilərə təklif etdikləri daha bir barışıq şansı ermənilər tərəfindən itirilmiş oldu. Bunun əziyyətini isə hələ uzun illər sadə erməni xalqı çəkməlı olacaq.
İsmayl Tanrıverdi
BDU-nun Erməni araşdırmaları ETL-in Böyük elmi işçisi.
Teqlər: