Lukaşenko ruslara meydan oxudu və söz verdi...
“Bəzi ağıllılar var ki, Belarus onlar demişkən rus dünyasının, hətta Rusiyanın tərkib hissəsi olduğunu bildirirlər. Unudun bunu. Belarus suveren və müstəqil dövlətdir” – deyə Lukaşenko bildirib.
Lukaşenkonun həmçinin vurğulayıb ki, Belarus öz torpaqlarını heç kimə verməyəcək: “Bu mənim vəzifəmdir. O, nə qədər çətin olsa da mən onun öhdəsindən gələcəm. Mən öz missiyamı yerinə yetirəcəm. Nəyin bahasına olursa olsun. Ona görə də rahat yaşayın, doğun, uşaqları böyüdün. Biz kömək edəcəyik”.
Eldar Tanrıverdiyev